Sulu qar və qar yağacaq, temperatur 5-8 dərəcə enəcək
Respublika ərazisində qeyri-sabit hava şəraiti yanvarın12-dən 15-dək davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Lalə Nəsib