Sumqayıtda zəncirvari qəza olub, yaralılar var
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Toyota Prius”, “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Fakt araşdırılır.
Lalə Nəsib