Suqovuşanda seçki məntəqəsində səsvermə start götürüb
Bu gün səhər saat 8-dən Suqovuşan qəsəbəsində yaradılan 97 sayılı Tərtər-Naftalan- Goranboy seçki dairəsinin 58 sayılı seçki məntəqəsində də səsvermə start götürüb. Bu məntəqəyə həm Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkilərdə böyük qürur və sevinc hissi ilə səs verirlər.
Lalə Nəsib