Tərtər və Qobuda silah aşkarlanıb
Tərtərdə 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkarlanıb. Abşeronun Qobu qəsəbəsində isə döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd partladıcı və 25 ədəd mərmi tapılıb. Sursatlar FHN-nin çevik qrupu tərəfindən ərazidən kənarlaşdırılıb.
Lalə Nəsib