Canlı
Taekvondoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazanıb

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Bu gün keçirilən döyüşlərdən sonra Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib. Belə ki, 80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani bu mərhələyədək bütün rəqiblərinə qalib gəlib. Qeyd edək ki, 1 gün öncə yarımfinala vəsiqə qazanan Məhəmməd Məmmədov final üçün bu gün dayanq üzərinə çıxacaq. O, iranlı Mirhaşim Husseyni ilə döyüşəcək.

Vüsalə Camal