Canlı
Taekvondoçumuz dünya çempionu oldu

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatında Azərbaycan millisi bu gün iki medal qazanıb. Məhəmməd Məmmədov və Milad Beiqi Hərçeqani fəxri kürsüyə yüksəlib. 80 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız Hərçaqani mundialın qızıl medalına sahib olub. 26 yaşlı taekvondoçumuz ardıcıl 6 döyüşdə qalib gəlməklə dünya çempionu olub. 63 kq çəki dərəcəsində mübarizə aparan Məmmədov isə yalnız yarımfinalda uduzaraq bürünclə kifayətlənib.

Ruhəngiz Hacızadə