Taksi sürücüsündən 21 kiloqram narkotik götürüldü
Bakıda taksi və kuryer xidmətləri adı altında narkotikin qanunsuz dövriyyəsini təşkil edən Elvin Mustafayev və Rəşad Salmanov saxlanılıb. Onlardan 29 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə və plastik kart aşkar edilib. Saxlanılan şəxslər narkotiki İran vətəndaşları vasitəsi ilə pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Lalə Nəsib