Tibb müəssisələri prezident seçkiləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Tibb müəssisələri prezident seçkiləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi də Nizami yurdundakı seçimlərdə əhaliyə zəruri tibbi yardım göstərmək üçün bütün tibbi heyətini səfərbər edib. Bunun üçün briqadaların sayı ikiqat artırılılıb. Seçki günü Gəncədəki bütün məntəqələr Təcili Tibbi Yardım briqadaları ilə təmin ediləcək.
Lalə Nəsib