Canlı
Toğrul Əsgərov Hindistanda yediyi meyvənin güdazına gedib – qanında dopinq var

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib. Buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub. Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur. Qeyd edək ki, güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Vəfa Şairova