Canlı
Toğrul Əsgərov Türkmənistanı təmsil edəcəkmi?

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasının şərəfini qoruyacağına dair mətbuatda və sosial şəbəkələrdə xəbərlər yayılıb. Bu günlərdə Aşqababadda olan pəhləvan sosial şəbəkədəki səhifəsində etdiyi paylaşımda “Azərbaycan üçün böyük itki, Toğrul Əsgərov artıq Türkmənistan yığmasında çıxış edəcək" yazılıb. Buna milli komandanın baş məşqçisi Firdovsi Umudov münasibət bildirərək Toğrulun Türkmənistan yığmasında çıxış edəcəyinə inanmadığını deyib.

Fərid Mehdiyev