Tovuzda dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçməyə cəhd edən cavan şəxs həyatını itirib
Gecə saatlarında 25 yaşlı Tovuzun Hacıhəsənli kənd sakini Eldəniz Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Bu zaman onu hərəkətdə olan lokomotiv vurub. Gənc hadisə yerində dünyasını dəyişib.
Lalə Nəsib