"Turan Tovuz" Türkiyədə Rumıniya klubuna uduzub
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” ilk yoxlama görüşünü Rumıniya klubu “Voluntari” ilə keçirib. Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.
Lalə Nəsib