"Turan Tovuz"un futbolçusu komanda yoldaşını vurduğu üçün cəzalanıb
"Turan Tovuz"un futbolçusu Budaq Nəsirov komandadan uzaqlaşdırılıb. 27 yaşlı yarımmüdafiəçinin əsas kollektivdən kənarda qalmasına səbəb oyunçunun əvəzedicilərin çempionatında, "Səbail-2" ilə matçda komanda yoldaşını vurması olub. Onun klubla müqaviləsinə xitam verilməsi də istisna deyil. AFFA İntizam Komitəsi təcavüzkar davranışa görə Budaq Nəsirova 4 oyunluq cəza verib.
Lalə Nəsib