"Turan Tovuz"un futbolçusu Premyer Liqada mövsümün antirekorduna imza atıb
"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev Azərbaycan Premyer Liqasında mövsümün antirekorduna imza atıb. 24 yaşlı müdafiəçi buna "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları XIX turun matçında nail olub. 9-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılan Hacıyev çempionatda ən erkən meydandan qovulan oyunçudur. Faiq Hacıyev həm də Premyer Liqanın bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə görən azərbaycanlı futbolçu olub.
Lalə Nəsib