Canlı
Ucarda 10 yaşlı uşaq ehtiyatsızlıqdan boğularaq ölüb

Ucar rayonunun Alpı kəndində bədbəxt hadisə baş verib. Hadisə 10 yaşlı Vaqif Quliyev yaşadığı evin həyətində oynamaq üçün ağacdan ip asarkən qeydə alınıb. Bu zaman ip ehtiyatsızlıqdan onun boğazına dolanıb. Nəticədə Quliyev boğularaq dünyasını dəyişib. Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Vüsalə Camal