Canlı
Ucarda internet klubda bıçaqlanma hadisəsi olub

Ucarın mərkəzi küçəsində yerləşən internet klubda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 41 yaşlı Teymur Məmmədov bıçaq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır olduğunu deyirlər. Hadisəni törədən Ucar sakini, 28 yaşlı Rasim Cəbrayılov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə