UEFA Çempionlar Liqasının reqlamentində dəyişiklik edilib
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində müəyyən dəyişikliklər edilib. Növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək. Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır. Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq.
Lalə Nəsib