Canlı
Vətəndaşlar daşınmaz əmlaklarını əvvəlcədən qeydiyyatdan keçirə bilərlər

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi "Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstünlükləri və faydaları" adlı ictimai təqdimat keçirib. Təqdimatın məqsədi qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın qabaqcadan qeydiyyatının geniş istifadəsinin təmin olunması, onun faydaları, üstünlükləri barədə vətəndaşların, tikinti şirkətlərinin, ictimaiyyətin məlumatlandırılması və onların maarifləndirilməsidir. Qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tikilinin qeydiyyata alınmasıdır. İpoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mümkün olacaq.

Vüsalə Camal