Vətəndaşlar xaricdə əldə edilən təhsil sənədlərinin tanınması istiqamətində yanlış yönləndirilirlər
Son zamanlar bəzi şəxslər və özəl şirkətlər vətəndaşları xarici ölkələrdə əldə edilmiş təhsil sənədlərinin tanınması istiqamətində yanlış istiqamətləndirirlər. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, qurum xarici təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Xarici kvalifikasiyaların tanınmasına dair etibarlı məlumatı yalnız Agentliyin rəsmi saytından və sosial media səhifələrindən əldə etmək olar.
Lalə Nəsib