Xırdalanda mənzildə partlayış olub, 1 nəfər xəsarət alıb
Xırdalan şəhərində onikimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzildə partlayış baş verib. İlkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Araşdırma aparılır.
Lalə Nəsib