Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib
Sahildən 30 km aralı, Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib. Qeyd olunub ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərlə təxliyə ediliblər. Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.
Lalə Nəsib