Xaçmaz dəmir yolu stansiyasında ağır qəza baş verib
Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Rayon sakini 1994-cü il təvəllüdlü Mehdi Hüseynov hadisə nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib