Xaçmazda 2 nəfər bıçaqlanıb
Xaçmazda yerli sakinlər 30 yaşlı Tural Bünyadov və 31 yaşlı Hacıağa Əzizov mübahisə zəminində bıçaqlanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır. Hadisəni törətməkdə şübhəli bilinən Quba sakini, 26 yaşlı Fərid Mirişov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib