Xaçmazda minik avtomobilləri toqquşub
Xaçmazda 66 yaşlı Adil İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili əks istiqamətdə hərəkət edən 2 maşına çırpıb. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisəyə səbəb olan sürücünün sükan arxasında halının pisləşməsi və təzyiqinin qalxması olub. O xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Lalə Nəsib