Xabi Alonso "Liverpul"u çalışdıra bilər
İngiltərənin "Liverpul" klubu Almaniyanın "Bayer" komandasında işləyən Xabi Alonsoya 3 illik müqavilə təklif edib. 42 yaşlı mütəxəssisin nümayəndələri ilə Mersiyasyd təmsilçisi arasındakı danışqlar müsbət gedir. İspaniyalı baş məşqçi razılıq əldə etsə belə, Yurgen Klopp vəzifəsindən gedənə qədər bu barədə ictimaiyyətə məlumat verilməyəcək. Daha əvvəl Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Alonso "Bavariya"nın baş məşqçi postuna da namizəddir. "Bayer " hazırda Almaniya Bundesliqasında 61 xalla liderdir.
Lalə Nəsib