Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb
Xankəndidə ilk dəfə keçirilən Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb. Yürüşün birinci mərhələsi Yevlaxda yekunlaşıb. İştirakçılar 83 km məsafə qət ediblər. Birinci yeri Elmir Əskərov tutub. İdmançılar Yevlax - Ucar, Ucar - Hacıqabul, Hacıqabul - Qobustan və Qobustan - Bakı mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.
Lalə Nəsib