Xankəndi - Bakı ultramarafonunun ikinci mərhələsi yekunlaşıb
Xankəndi - Bakı ultramarafonunun ikinci mərhələsi yekunlaşıb. Atletlər ikinci günü Ucarda yekunlaşdırıblar. Marafonun ikinci mərhələsinin qalibi Ağa Əliyev olub. O, 84 km məsafəni qət edib. Martın 4-dək davam edəcək yarışda iştirakçılar 380 km qət edərək finişə Bakıda çatacaqlar. Ultramarafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.
Lalə Nəsib