Xankəndi, və Xocavənddə silah aşkarlanıb
Xankəndidə 7 ədəd müxtəlif markalı avtomat, 2 tapança, tüfəng, 1 qumbara, alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub. Xocavəndin Kiş kəndində isə 56 ədəd müxtəlif çaplı top, 16 ədəd tank mərmisi və 64 ədəd tank mərmisinin başlığı aidiyyəti üzrə təhvil verilib. Masallıda isə keçmiş məhkum Ramil Şiriyev "Makarov" tapança və silaha aid 8 ədəd patronla saxlanılıb.
Lalə Nəsib