Xankəndidə orta məktəbdən silah və sursatlar aşkarlanıb
Xankəndidə orta məktəblərin birindən və şəhər ərazisindən narkotik tərkibli həblər və silah-sursat aşkarlanıb. 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb. Bakıda isə F-1 əl qumbarası, 2 ədəd partladıcı, 9 ədəd mərmi və avtomat mütəxəssislər tərəfindən ərazidən kənarlaşdırılıb.
Lalə Nəsib