Xankəndidə Prezident seçkiləri üzrə səsverməyə start verilib
İşğaldan azad olunan Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib.
Lalə Nəsib