Xankəndidə tarixi oyun: “Qarabağ”la MOİK üz-üzə gələcək
Azərbaycan kubokunda 1/8 final mərhələsinin son oyun günündə iki matç keçiriləcək. Günün ilk görüşü Xankəndidə baş tutacaq. Müstəqillik illərində ilk dəfə rəsmi oyunu Xankəndi şəhər stadionu qəbul edəcək. Bu tarixi qarşılaşmada “Qarabağ”la MOİK üz-üzə gələcək. Premyer Liqanın lideri I Liqa təmsilçisi ilə görüşdə favorit sayılsa da, Ordu klubu meydana sensasiya üçün çıxacaq. Əli Əliyev idarə edəcəyi qarşılaşmanın start fiti saat 14-də veriləcək. Oyunu izləməyə gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər Xankəndidədirlər.
Lalə Nəsib