Xankəndidəki tarixi qarşılaşmanın qalibi Qarabağ oldu
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Xankəndi şəhər stadionunda “Qarabağ” MOİK-lə üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Oyunçularımız həyəcanlı olduqları üçün özlərini tam göstərə bilmədilər. Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında deyib.
Lalə Nəsib