Xankəndiyə gedən Peşəkar Futbol Liqasının rəsmiləri qəzaya düşdü, 2 nəfərin vəziyyəti ağaırdır
Ağdamın, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. İçərisində Peşəkar Futbol Liqasının əməkdaşları olan maşındakı 6 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə ilk olaraq Bərdədəki xəstəxanaya, daha sonra Bakıya təxliyə olunublar. Yaralılardan Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Sənan Abdullayev isə mətbuat katibidir. Xəsarət alanlardan 2-nin vəziyyəti ağır, 2 nəfərin orta ağır, qalanlarının durumu isə stabildir. Qəzaya düşən PFL əməkdaşları dekabrın 21-də keçiriləcək “Qarabağ” – MOİK matçı ilə əlaqədar Xankəndiyə gedirmişlər.
Lalə Nəsib