XİN başçısı: Ermənistan sürətlə silahlanır, aqressiv ritorikasını davam etdirir
Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatlar, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşündə deyib. Azərbaycanla Özbəkistan arasında regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin zəruriliyi də qeyd olunub.
Lalə Nəsib