Xocalıda kütləvi məzarlıq aşkar edilib
Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. Baş Prokurorluqdan bildirilib ki, ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfərə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Lalə Nəsib