Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb
Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb. Bu barədə Baş Prokurorluq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib, onların adları açıqlanıb. Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır.
Lalə Nəsib