Xocavənddə məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb
Xocavəndin Yemişcan kəndində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. ANAMA-dan bildirilib ki, sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası müəyyən edilib. O, döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib. ANAMA bir daha vətəndaşlara çağırış edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmasınlar, tanımadıqları əşyalara toxunmasınlar.
Lalə Nəsib