Zakir Həsənov Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən ölkələrə xəbərdarlıq edib
"Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir". Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda Türkiyə və Gürcüstanlı həmkarları ilə keçirdiyi üçtərəfli görüşdən sonta bildirib. Görüşdə gələn il Türkiyədə kiberhücumlarla bağlı birgə təlimin keçirilməsi razılaşdırılıb. Üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyi vurğulanıb. Müdafiə naziri Zakir Həsənovla Yaşar Gülərin görüşündə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Lalə Nəsib