Zaqatala xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, cinayət işi başlanıb
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlarla rayon prokurorluğunda araşdırma aparılıb. Tibb müəssisəsinin vəzifəli şəxsi tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Lalə Nəsib