Zaqatalada çaqqal iki məktəbliyə və daha üç nəfərə xəsarət yetirib
Zaqatalanın Muxax kəndində Məryəm Mahmudova və Röyal Gəncəliyev dərsə gedən zaman yolda çaqqalın hücumuna məruz qalıblar. Çaqqal ərazidə olan daha üç nəfər kənd sakininə hücum edərək xəsarət yetirib. Onlar xəstəxanaya çatdırılıb və quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Lalə Nəsib