"Zaqreb Open": Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır
Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq. Kişilər arasında Həsrət Cəfərov ABŞ təmsilçisi ilə qarşılaşacaq. Murad Məmmədovun rəqibi hələlik dəqiqləşməyib. Qadınların mübarizəsində isə Jalə Əliyeva çinli Kexin Honq ilə üz-üzə gələcək.
Lalə Nəsib