XI Qlobal Bakı Forumunun ilk günü başa çatıb
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun ilk günü başa çatıb. Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir. Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulucaq.
url:
http://www.kepezfm.az/xeberler/xi-qlobal-bak%C4%B1-forumunun-ilk-g%C3%BCn%C3%BC-ba%C5%9F-%C3%A7at%C4%B1b