İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Azərbaycan Xarici İşlər Nazirliyinin etirazına səbəb olub.Nazirlik bildirib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif edilməsi və mürəkkəb tarixi proseslərin hüquqi-elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.Rəsmi Bakı hesab edir ki, bu cür addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin dərinləşməsinə xidmət edir və regionda davamlı sülh səylərinə mane olur.Azərbaycan İsrail hökumətini qərarı yenidən nəzərdən keçirməyə çağırıb və tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində mövqeyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

