Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bu gün saat 17-də Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Xocalı soyqırımı qurbanlarının xatirəsini sükutla yad edib.
url:
http://www.kepezfm.az/xeberler/xocal%C4%B1-faci%C9%99si-qurbanlar%C4%B1n%C4%B1n-xatir%C9%99si-bir-d%C9%99qiq%C9%99lik-s%C3%BCkutla-yad-olunub