Xocalı rayonu sakini minaya düşüb
Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.Faktla bağlıaraşdırma aparılır.Aidiyyati qurumlar bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
url:
http://kepezfm.az/xeberler/xocal%C4%B1-rayonu-sakini-minaya-d%C3%BC%C5%9F%C3%BCb

