Xocalıda yeni içməli su mənbəyi yaradılır
Xocalı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su mənbəyi yaradılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq 2 yeni subartezian quyusunun qazılmasına qərar verilib. Xocalıda mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir.
url:
http://www.kepezfm.az/xeberler/xocal%C4%B1da-yeni-i%C3%A7m%C9%99li-su-m%C9%99nb%C9%99yi-yarad%C4%B1l%C4%B1r