Xocavənd və Bakı-Sumqayıt yolunda qəzalar baş verib, ölən var
Xocavəndin Böyük Tağlar kəndində Neftçala sakini Rahil Ağayevin idarə etdiyi betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin 47 yaşlı Biləsuvar sakini Elçin Nəzərov hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bakı-Sumqayıt yolunda isə "Opel" ilə "Ravon" avtomobili toqquşaraq, 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hər iki fakt üzrə araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/xocav%C9%99nd-v%C9%99-bak%C4%B1-sumqay%C4%B1t-yolunda-q%C9%99zalar-ba%C5%9F-verib-%C3%B6l%C9%99n-var