Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb
Xocavənd rayonunda ilk müasir tibbi müayinə köşkü quraşdırılaraq istifadəyə verilib.TƏBİB-dən verilən məlumata görə, köşklər vasitəsilə arterial təzyiq, nəbz, qanda şəkərin miqdarı, və digər ilkin müayinələr aparılacaq, nəticələr həkim tərəfindən məsafədən qiymətləndiriləcək.Növbəti mərhələdə işğaldan azad edilmiş ərazilər prioritet olmaqla, ölkə üzrə 170-dən çox məntəqədə belə köşklərin quraşdırılması planlaşdırılır.
url:
http://kepezfm.az/xeberler/xocav%C9%99ndd%C9%99-ilk-tibbi-m%C3%BCayin%C9%99-k%C3%B6%C5%9Fk%C3%BC-qura%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1b

