Xocavənddə istiqamətlə idarəolunan qəlpələnən MON-50 tələ minası aşkarlanıb
Xocavənd rayonunun Tağaverd kəndi ərazisində aparılan humanitar minatəmizləmə əməliyyatı zamanı Ermənistan istehsalı MON-50 tipli piyada əleyhinə mina aşkarlanıb. ANAMA-nın məlumatına görə, mina ağaca quraşdırılıb və istiqamətlə idarə olunan qəlpələnən tipə aiddir. Onun qəlpələri 55 metrədək məsafədə dağıdıcı təsirə malikdir. Əməliyyat zamanı minanın tələ məftili ilə digər qurğuya bərkidildiyi də müəyyən olunub. Partlayıcı qurğu ANAMA tərəfindən yerindəcə zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
url:
http://kepezfm.az/xeberler/xocav%C9%99ndd%C9%99-istiqam%C9%99tl%C9%99-idar%C9%99olunan-q%C9%99lp%C9%99l%C9%99n%C9%99n-mon-50-t%C9%99l%C9%99-minas%C4%B1-a%C5%9Fkarlan%C4%B1b