Xorvatiyanın “Dinamo” klubu Mahir Emrelini transferə çıxaracaq
Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini transferə çıxaracaq. Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Emrelidir. 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil. Mahir Emrelinin “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
url:
http://www.kepezfm.az/xeberler/xorvatiyan%C4%B1n-%E2%80%9Cdinamo%E2%80%9D-klubu-mahir-emrelini-transfer%C9%99-%C3%A7%C4%B1xaracaq